Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ZƏFƏR GÜNÜ MİLLİ QÜRUR GÜNÜDÜR!

0

  •          Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi o xoş xəbəri nəhayət ki, eşitmək bizə nəsib oldu. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.         10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı.       Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi.        Əslində, Azərbaycan xalqı iki gün əvvəl - noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa  müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi�strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"        Bəli, Şuşa 28 il 6 aydan sonra düşmən işğalından qurtuldu. Mədəniyyət beşiyi füsunkar Şuşamızın düşmən tapdağından azad edilməsilə bayram bayrama qarışdı, sevinc göz yaşları selə döndü. Bütün Azərbaycan və bütün türk dünyası sevincə qərq oldu. Xalqımızın 28 illik gözləntiləri, arzu və istəkləri reallığa çevrildi. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı.Düşmən özü də Azərbaycan ordusunun bu qədər tezliklə Şuşaya çatacağını düşünmədiyini etiraf edir. Lakin Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşadı həmin gün. Çünki o üçrəngli bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. İki gün keçməmiş isə Ali Baş Komandan Müzəffər Ordumuzun Vətən müharibəsində qələbə qazandığımızı, düşməni məğlubiyyətə uğratdığını bəyan etdi. Yenə də bayram bayrama qarışdı. Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir.        44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək.Gülnaz Mustafayeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib44 dəfə
    ZƏFƏR GÜNÜ MİLLİ QÜRUR GÜNÜDÜR!

    Maraqlı gələ bilər
    49
    198
    61